Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Xocavənd şəhərində Qərargahın növbəti iclası keçirilib.
Çağrı.az xəbər verir ki, Əlaqələndirmə Qərargahının üzvləri səfər çərçivəsində Xocavənd rayonu ərazisində həyata keçirilən bərpa, infrastruktur və iqtisadi layihələrlə, o cümlədən Xocavənd şəhəri və Hadrut qəsəbəsinin Baş planları ilə tanış olublar.
Xocavənd şəhərində təmir olunmuş fərdi evlərə, Hadrut qəsəbəsində ilk yaşayış məhəlləsinə və Quzeyxırman kəndində aparılan təmir-bərpa işlərinə əyani baxış keçirilib. Həmçinin Hadrutda turizm inkişaf konsepsiyası təqdim olunub, təmir edilməsi nəzərdə tutulan mehmanxana layihəsi ilə bağlı məlumat təqdim edilib.
Xocavənd rayonunda bağçılıq təsərrüfatına və Qırmızı Bazar qəsəbəsində yerləşən günəbaxan yağları zavoduna baxış keçirilib, müəssisənin fəaliyyəti və yerli iqtisadiyyata verdiyi töhfə haqqında məlumat dinlənilib.
Səfər zamanı Hadrut məscidi ziyarət edilib, Azıx mağarasının infrastrukturunun inkişaf konsepsiyası təqdim olunub və ərazidə aparılan arxeoloji tədqiqatlar barədə məlumat verilib.





Oxşar
İran müharibəsi indiyədək ABŞ-yə təxminən 37,5 milyard dollara başa gəlib.
Vensdən Epstein etirafı: “Prosesi bərbad idarə etdik”
XİN Azərbaycan vətəndaşlarına yüksək riskli bölgələrə səfərlərlə bağlı xəbərdarlıq edib
Əli Əsədov Slovakiya Prezidenti ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Orta Şərqdə Gərginlik Pik Nöqtədə
Regional Gərginliyin Yeni Fazası
Qlobal enerji daşımaları
Liderlər Ərdoğanın hədiyyə etdiyi tapança ilə necə davrandılar?