Əraqçi və Fidan arasında telefon danışığı oldu
Türkiyənin xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Abbas Əraqçı arasında telefon danışığı baş tutub.
Çağrı.az xəbər verir ki, danışıq zamanı Türkiyə tərəfi şənbə günü səhər saatlarında ABŞ və İsrail tərəfindən həyata keçirilən hərbi hücum nəticəsində İslam İnqilabının Ali Rəhbərinin ölümü ilə bağlı başsağlığı verib.
Hakan Fidan hərbi hücumdan sonrakı vəziyyət və bölgədəki inkişaflar barədə məlumatlandırılıb.
İranın xarici işlər naziri həmkarı ilə söhbətində ABŞ və İsrailin İrana qarşı qeyri-qanuni hücumunu və Ali Rəhbərin qorxaqcasına qətlə yetirilməsini vəhşi cinayət adlandırıb.
O, İranın suverenliyini və mövcudluğunu qorumaq üçün qətiyyətli müdafiə əzmində olduğunu vurğulayıb:
“İran öz varlığını və ərazi bütövlüyünü qorumaq üçün istənilən təcavüzə qarşı müqtədir şəkildə cavab vermək əzmindədir”.
Tərəflər həmçinin regionda artan gərginlik və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.





Oxşar
Vyetnam ABŞ-ın məcburi əmək ittihamlarını rədd edir
Ukrayna XİN Polşa ilə münasibətlərin pisləşə biləcəyini bildirir
Putin Çinlə yeni enerji müqavilələri elan edib
Serbiya Rusiya əleyhinə sanksiyalara qoşulmayacağını bildirib
TASS: Fidan Qətər XİN başçısı ilə ABŞ–İran danışıqlarını müzakirə edib
BVF: Hörmüz boğazının açılması enerji bazarlarını dərhal sabitləşdirməyəcək
İsrail 28 fevraladək Livandakı mövqelərindən geri çəkilməlidir - İİKK
Çexiya Aİ-nin Rusiya danışıqlarında Merzi nümayəndə kimi görmək istəyir