Ərdoğan: Dünya sürətlə xaos dövrünə qədəm qoyur
"Müasir dünya güc qaydasının hökm sürdüyü xaos dövrünə qədəm qoyur".
Çağrı.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlament üzvləri ilə ənənəvi Ramazan iftar yeməyində bildirib.
"Dünyamız sürətlə gücün üstünlük təşkil etdiyi xaos dövrünə qədəm qoyur. Qonşumuz İrana hücumlarla başlayan son prosesdə bunun yenidən şahidi oluruq", - deyə Ərdoğan bildirib.
Onun sözlərinə görə, Türkiyə ətraf bölgəyə təsir edən məsələlərdə heç vaxt neytral mövqe tutmayıb: "Biz sülh və sabitliyin, universal dəyərlərin, ədalətin və tərəqqinin tərəfindəyik. Biz qanunun, həqiqətin və harada olursa olsun insan həyatının qorunmasının tərəfindəyik, qətl, qırğın, quldurluq və soyqırımın deyil".
Türkiyə lideri qeyd edib ki, illərdir qanun, insan hüquqları və azadlıqları haqqında təbliğat aparanlar indi özləri bu dəyərləri görməzdən gəlirlər və onları pozmaqda heç bir qəbahət görmürlər.





Oxşar
Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək: