Ərdoğan: İrana edilən hücumlar beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İsrailin İrana hücumlarının beynəlxalq hüququn açıq şəkildə pozulması olduğunu bildirib.
Çağrı.az xəbər verir ki, Ərdoğan bunu Ankarada mətbuata açıqlamasında bildirib.
Türkiyə lideri deyib: "Qonşumuz İrana edilən hücumlar beynəlxalq hüququ açıq şəkildə pozur. Bu günə qədər bu hücumlarda İranın dini lideri Əli Xamenei də daxil olmaqla bir çox iranlı qardaş və bacılarımız həlak olub. Ölkəm və xalqım adından İran xalqına başsağlığı verirəm".
O həmçinin qeyd edib ki, Fars körfəzi ölkələrindəki dövlətlər də İranın cavab tədbirlərindən əziyyət çəkiblər: "Bu məsələ ilə bağlı dərhal tədbirlər gördük. Şənbə günündən bəri ABŞ prezidenti, Qətər əmiri, BƏƏ prezidenti, Səudiyyə Ərəbistanının vəliəhdi, Avropa Komissiyasının prezidenti, Almaniya kansleri və NATO-nun baş katibi də daxil olmaqla bir çox liderlə geniş görüşlər və məsləhətləşmələr keçirdik".





Oxşar
Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək: