Ərdoğan İstanbuldakı İsrail konsulluğuna edilən hücumu pisləyib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı İsrail Baş Konsulluğuna edilən hücumu pisləyərək, bunu alçaq bir təxribat adlandırıb.
Çağrı.az xəbər verir ki, bu barədə Ərdoğan Ankarada yeni Roketsan müdafiə korporasiyası zavodunun açılış mərasimində bildirib.
"Bu gün İstanbulda törədilən və qəhrəman təhlükəsizlik qüvvələrimizin uğurlu hərəkətləri sayəsində qarşısı alınan qorxaqcasına hücumu qınayırıq. Üç terrorçu zərərsizləşdirilib - biri öldürülüb, ikisi yaralanıb. Qəhrəman polis zabitlərimizdən ikisi yüngül yaralanıb. Terrorizmin bütün formalarına qarşı mübarizəni qətiyyətlə davam etdirəcəyik. Bu günkü kimi qorxaqcasına və planlaşdırılmış təxribatlarla Türkiyənin təhlükəsizliyinə zərər vurulmasına imkan verməyəcəyik", - Ərdoğan qeyd edib.
Türkiyə lideri əlavə edib ki, İstanbul Baş Prokurorluğu və kəşfiyyat xidmətləri bu hücumla bağlı təcili araşdırmaya başlayıblar.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər