Ərdoğan Zelenski ilə telefonla danışıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışıb.
Çağrı.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsinin açıqlama verib.
Açıqlamaya görə, liderlər Türkiyə ilə Ukrayna arasında ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər
Söhbət zamanı Ərdoğan İrandakı münaqişənin Ukraynada sülh axtarışına mane olmamalı olduğunu, danışıqların gecikmədən davam etdirilməsinin faydalı olacağını və Ukraynanın yaralarının sağalmasının, yenidənqurma işlərinə başlamağın və davamlı təhlükəsizliyin təmin edilməsinin ən vacib olduğunu bildirib.
Ərdoğan həmçinin Qara dənizdə naviqasiya təhlükəsizliyinin Türkiyə üçün çox vacib olduğunu, enerji infrastrukturunu və limanlarını qoruyacaq atəşkəsin təmin edilməsinin tərəflər arasında etimadın qurulmasına töhfə verə biləcəyini və Türkiyənin buna hər cür dəstəyi verəcəyini də qeyd edib.





Oxşar
Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək: